Azərbaycan Ordusu Qazaxın işğaldan yeni azad edilən 4 kəndində böyük sürətlə işlər aparır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yerli sakinlərə istinadla xəbər yayıb.
Bildirilib ki, yeni mövqelərdə Azərbaycan Ordusu müdafiə və mühəndislik tikintisi aparır.
“Hraparak” Azərbaycan Ordusunun Bağanıs Ayrım kəndindəki mövqelərində artıq videomüşahidə avadanlığı quraşdırdığını yazıb.//Axar.az