Zabratda ağac kəsiminə görə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkbackend

Zabratda ağac kəsiminə görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova Pravda.az-ın sorğusuna cavab olaraq bildiririb ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mübariz İbrahimov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

İradə İbrahimova: “Xəzər kimi unikal dəyərə malik sərvəti niyə  qiymətləndirə bilmirik?” Pravda.az

Araşdırma zamanı sözügedən ərazidə iki söyüd ağacının kəsildiyi və nəticədə yaşıllıqlara 660 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Təqsirkar şəxsin müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

***

10:50

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi (Zabrat 1), yeni massiv, Mübariz İbrahimov küçəsində ağaclar kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a orada yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, hadisə 2 gün öncə baş verib.

Ağacları Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının kəsdiyi ehtimal edilir. Amma sual yaranır ki, dövlət qurumu yaşıl, qurumayan ağacı nə üçün kəsməlidir?

Pravda.az faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*