Braziliya “TikTok”a qarşı hərəkətə keçdi: Milyonlarla dollarlıq cəriməbackend

Braziliya "TikTok"a qarşı hərəkətə keçdi: Milyonlarla dollarlıq cərimə

Braziliya hökuməti yetkinlik yaşına çatmayan istifadəçilərin fərdi məlumatlarının emalı qaydalarını pozduğuna görə “TikTok” platformasının sahibi olan “ByteDance” şirkətinə qarşı cərimə tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “G1” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Milli Məlumatların Mühafizəsi Agentliyi “TikTok”un sahibi “ByteDance” şirkətini uşaq və yeniyetmələrin şəxsi məlumatlarının emalı zamanı yol verdiyi qanun pozuntularına görə 153,7 milyon real (təxminən 30 milyon dollar) məbləğində cərimələyib.

Bununla yanaşı, qurum qaydalar pozulmaqla toplanmış bütün məlumatların silinməsi barədə göstəriş verib. Həmçinin şirkətdən platformada uşaqların təhlükəsizliyinin artırılmasına dair xüsusi plan təqdim etməsi tələb olunur.

Nəzarət orqanının gəldiyi qənaətə əsasən, “TikTok” heç bir hüquqi əsas olmadan azyaşlıların məlumatlarını emal edib və bu prosesin qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. Nəticə etibarilə, Braziliyanın məlumatların qorunması haqqında qanunvericiliyinin tələbləri pozulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*