Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi qruplaşmanın ləğv olunduğunu və Suriya ordusuna inteqrasiya olunduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Məzlum Abdu prezident Əhməd əl-Şaraa ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında açıqlama verib.
“Biz Suriya tarixində sülh, sabitlik və bərpa fəsli açırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sonunu tam məsuliyyətlə elan edirik”, – o deyib.
Abdi həmçinin qeyd edib ki, Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin administrasiyası dövlət aparatının bir hissəsinə çevriləcək.
