“Azərbaycan Ordusu Zəngəzurda elə strateji yüksəklikləri ələ keçirib ki, müharibə olsa, acından öləcəyik” – Erməni ekspertbackend

"Azərbaycan Ordusu Zəngəzurda elə strateji yüksəklikləri ələ keçirib ki, müharibə olsa, acından öləcəyik" - Erməni ekspert

“Azərbaycan Ordusu Zəngəzurda strateji yüksəklikləri ələ keçirib, müharibə olsa, acından öləcəyik”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına hərbi ekspert Van Ambartsumyan deyib.

“Bu gün Sünik (Zəngəzur) hər iki tərəfdən mühasirəyə alınıb. Azərbaycan orada ciddi hərbi texnika toplayıb. Ermənistanın Baş naziri qoşunların çıxarılması ilə bağlı göstəriş verdiyini deyir, bu da o deməkdir ki, sərhəddə müdafiə yoxdur.

Düşmən Sevan (Göyçə) gölündən Vardenisədək (Basarkeçər) o qədər irəliləyib və elə strateji yüksəklikləri ələ keçirib ki, müharibə olsa, humanitar fəlakət yarana bilər”, – deyə Ambartsumyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*