Azərbaycan Ordusunda təlim atışları yerinə yetirildi – VİDEObackend

Azərbaycan Ordusunda təlim atışları yerinə yetirildi - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*