Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 4-cü yerə çıxıb.
KONKRET.az xəbər verir ki, idmançı 9,95 metr nəticə ilə bu sıranı tutub. Aslanov bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
