Azərbaycan Qarabağ ermənilərinə pul ayırır? – Deputatdan VACİB AÇIQLAMAbackend

Azərbaycan Qarabağ ermənilərinə pul ayırır? - Deputatdan VACİB AÇIQLAMA

Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Xocalı və Xankəndiyə vəsait ayrılması məsələsini qaldırıb və bunun dövlət büdcəsində əksini tapmalı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bir müddət əvvəl deputat Zahid Oruc da eyni təkliflə çıxış etmişdi.

“Bu o halda mümükündür ki, Xocalı və ya Xankəndinin erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Qəbul etdikdən sonra onlar bütün sistemə inteqrasiya olunmalıdır. Ona görə də, hazırda söhbət vəsaitin xərclənməsindən getmir”.

Bunu Yenisabah.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Xocalı və Xankəndi Azərbaycan əraziləridir, oraya ayrılan vəsait bu istiqamətdə xərclənəcək.

“Yollarda lövhələr qurulur: Xocalıya, Xankəndidə məsafə filan qədərdir. Amma bu məsələnin psixoloji, sosial və siyasi tərəfləri var. Büdcə dövlət sənədidir. Vəsait ayrılması dövlətin o bölgədə yaşayan insanlara təklifi kimi qiymətləndirilir. Yəni onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, sosial-iqtisadi fəaliyyətlərini tənzimləməyə hazırıq. Ermənistan bölgəyə özbaşına 200 milyon dram vəsait ayırıb. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni bir addımıdır. Amma biz Qarabağın o hissəsinə vəsait ayırmaqla, onlara Azərbaycan vətəndaşlığını qəbul etmənin hansı şanslar yarada bildiyini açıqlayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*