Azərbaycan Qarabağın kommunikasiya marşrutlarına nəzarəti gücləndirir.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəlilədikdən sonra azərbaycanlılar cəbhənin bir neçə on kilometrində mühəndislik sahəsinin genişləndirilməsi, yerləşdirilməsi və möhkəmləndirilməsi üzrə işlər aparırlar.
Elə istiqamətlər var idi ki, orada irəliləmək mümkün deyildi. Lakin 5-6 hissədə Azərbaycan Ordusu daha əlverişli mövqelərə çıxmaq imkanı əldə etdi.
Azərbaycan Qarabağın kommunikasiya marşrutlarına nəzarəti gücləndirir və gələcəkdə planlarını müəyyənləşdirir”, – deyə Abramyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
