“Azərbaycan Qənimətlər Parkına tezliklə fransız silahlarını da əlavə edəcək” – Artamonovbackend

"Azərbaycan Qənimətlər Parkına tezliklə fransız silahlarını da əlavə edəcək" - Artamonov

“Azərbaycan ələ keçirilən texnika kolleksiyasına tezliklə fransız silahlarını da əlavə edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası nəqliyyat nazirinin keçmiş müşaviri, sosiologiya elmləri doktoru, hərbi ekspert Aleksandr Artamonov deyib.

“Azərbaycan Prezidentinin sərəncamı ilə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakıda Hərbi Qənimətlər Parkının yarandı. Fransa və ABŞ-ın “maarifçi ictimaiyyəti” bundan nə qədər qəzəbləndi. “Bu, nəyə lazımdır? Bu, vəhşilikdir”, deyə qışqırıb haray saldılar.

Qeyd edim ki, bu, əslində qaliblərin ümumi təcrübəsidir. Məsələn, Moskva yaxınlığındakı Patriot parkında rus silahlı qüvvələrinin əsas məbədinin qarşısındakı eyvan və pilləkənlər ələ keçirilən nasist silahlarından hazırlanıb.

Bəs bu qəzəbin səbəbi nədir? Azərbaycanlılar nədə günahkar idilər? Qalib gəlmişdilər? ABŞ və Fransanın planlarına zidd olaraq beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdilər? Bunlara görəmi Azərbaycan qınaq obyektinə çevrildi?

Ancaq Vaşinqtonda heç narahat olmadan Ukraynada döyüş meydanında qalan rus əsgərlərinin ayaqqabılarının ekspozisiyasını təşkil etdilər! Həm də müqəddəs simvolumuz olan Qırmızı Ulduz şəklində!

Yox, Apti Alautdinov düz deyir: ruslar işlərini Vaşinqtonda – faşizm yuvasında bitirməlidirlər! Cəhənnəmdə yanacaqsınız, ey iblislər!

Afrikada və Şərqi Avropada insanların kütləvi qətlinin sponsorları Qafqaza səxavətlə silah tədarük edirlər. Azərbaycan isə ələ keçirilən texnika kolleksiyasına tezliklə fransız silahlarını da əlavə edəcək!”, – deyə hərbi ekspert vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*