Azərbaycan sablyaçıları Dünya Kubokunda 5-ci yeri tutdubackend

Azərbaycan sablyaçıları Dünya Kubokunda 5-ci yeri tutdu

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Tunisin Hammamet şəhərində keçirilən Dünya Kubokunda 5-ci yeri tutub.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistana 45:32 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Növbəti görüşündə İspaniya komandası ilə yığma güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.

Yarımfinala gedən yolda Fransa yığmasına 34:45 hesabı ilə uduzan sablyaçılar 5-6-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasını 45:37, Polşanı isə 45:42 hesabı ilə məğlub edərək Dünya Kubokunda 5-ci olub.

  • Garachanta
    May 8, 2022 - 21:40

    savadsızlar…qılıncoynadanlar yazın

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*