İranın baş danışıqçısından gözlənilməz gediş: Töhmət və istefabackend

İranın baş danışıqçısından gözlənilməz gediş: Töhmət və istefa

İranın ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibafın daxili ixtilaflar fonunda istefa verdiyi bildirilir. “Iran International”ın yaydığı məlumata görə, Qalibaf nüvə məsələsini Vaşinqtonla aparılan müzakirələrə daxil etməyə çalışdığı üçün “töhmət” alıb və nəticədə vəzifəsindən kənarlaşdırılıb.

KONKRET.az xəbər verir ki, onun yerini Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilinin tutacağı ehtimal edilir. Cəlili Qərbə qarşı sərt mövqeyi ilə tanınan radikal mühafizəkardır və o, ABŞ ilə İsrailin hücumu nəticəsində həlak olmuş Əli Laricanini əvəz etmişdi. Eyni zamanda, xarici işlər naziri Abbas Araqçinin də danışıqlara rəhbərlik etmək niyyətində olduğu vurğulanır.

Xatırladaq ki, bir qədər əvvəl İsrailin “12-ci kanal”ı da Məhəmməd Baqir Qalibafın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra danışıqlar qrupundan ayrıldığını iddia etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*