Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlarbackend

Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

KONKRET.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*