Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdübackend

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*