Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində…backend

Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində…

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana səfər edib.

KONKRET.az xəbər verir ki, Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən, Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirəcəklər.

Qeyd edək ki, həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*