“Azərbaycana adekvat cavab verilməlidir” – Manukyan ÇƏRƏNLƏDİbackend

"Azərbaycana adekvat cavab verilməlidir" - Manukyan ÇƏRƏNLƏDİ

“Rusiya sülhməramlıları üzərinə düşən vəzifələri tam yerinə yetirmir”.

KONKRET.az xəbər verir ki, bunu martın 27-də jurnalistlərə müsahibəsində “Armeniya” blokundan deputat, Daşnaksütyun partiyasının üzvü Qeqam Manukyan deyib.

“Rusiya sülhməramlılarının üzərinə mühüm vəzifələr düşür, onların natamam yerinə yetirilməsi hazırkı vəziyyətə gətirib çıxarır.

Onların tam hüquqlu fəaliyyəti Ermənistan hakimiyyəti tərəfindən təmin edilməlidir. Rusiya sülhməramlılarını fəal hərəkətlərə sövq etmək üçün təkcə təbliğat kifayət deyil, ən çox kölgəli kabinet işi aparılmalıdır”, – Manukyan deyib.

O çərənləyib ki, Azərbaycana adekvat cavab verilməlidir, yoxsa getdikcə aqressivləşəcək.

“Ermənistan hakimiyyətinin Azərbaycanla sülhün əldə olunması ilə bağlı bütün şifahi oyunları öz xalqını çaşdırmaq məqsədi daşıyır.

Qarabağ ermənilərinin nümayəndələrinin Bakıya görüşə dəvət olunmasına gəlincə, buna inanmaq və getmək olmaz”, – deyə Manukyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*