Azərbaycana “AstraZeneca” peyvəndi göndəriləcəkbackend

Azərbaycana “AstraZeneca” peyvəndi göndəriləcək

“İlkin mərhələdə 5 aprel tarixində Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək”.

KONKRET.az xəbər verir ki, bunu GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs  deyib. O bildirib ki, vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*