Azərbaycanda bu dərmanın satışına qadağa qoyuldubackend

Azərbaycanda bu dərmanın satışına qadağa qoyuldu

EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide – 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2×14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən KONKRET.az-a verilən verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.

Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide – 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*