Azərbaycanda bu tarixlərdə qeyri-iş günü olacaqbackend

Azərbaycanda bu tarixlərdə qeyri-iş günü olacaq

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.

KONKRET.az news24.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.

İki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-30 mart – şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. Buna görə də 30 mart bazar günü 1 aprel tarixinə keçiriləcək və 29 mart-1 aprel günləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 1 aprelə qədər yalnız 27-28 mart iş günləridir.

Qeyd edək ki, qeyri-iş günlərinin ardıcılığını təmin etmək üçün adətən Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirir. Bu baxımdan 20 mart-1 aprel tarixlərinin ardıcıl qeyri-iş günü olacağı istisna edilmir.

  • Qələmküsar
    Fevral 6, 2025 - 21:48

    Reytinq xətrinə 50 dəfə eyni şeyi yazırsız Axı Əsədov yoldaş qələmini əlinə alıb zad eləmiyib, noluf sizə yuyulmamış çömçə kimi mənasız sdlfkggkl

Qələmküsar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*