Türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanadan evə buraxıldıqdan sonra vəsiyyətini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bütün var-dövlətini dövlətə bağışlamaq qərarına gəlib:
“Uşaqlarıma veriləcək bir qəpik də yoxdur. Pulu özüm qazanmışam. Mənə atam miras qoymayıb. Hər şeyi dövlətə bağışlayıram”.
İ.Tatlısəs aprelin 7-də İstanbulda yerləşən evində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ona öd kisəsi mənşəli bakterial infeksiya – xolesistit diaqnozu qoyulmuş və 11 apreldə əməliyyat olunmuşdu. Həkimlərin nəzarətində saxlanıldıqdan sonra bu gün evə buraxılan Tatlısəs xəstəxana çıxışında jurnalistlərin suallarını cavablandırıb.
Müğənni Tatlısəs bildirib ki, əməliyyat uğurla keçib və səhhəti hazırda yaxşıdır:
“Öd kisəmi götürdülər, başım boyda daş çıxdı. Həkimlər mənə çox yaxşı baxdılar, hamısına təşəkkür edirəm”.
Müğənni övladları ilə bağlı məsələlərə də toxunaraq deyib ki, onların bəziləri ilə münasibətləri istədiyi səviyyədə deyil:
“Allah uşaqlarımdan razı olsun, amma hamısından yox. Bəziləri mənim qəlbimdə layiq olduqları yerdə deyillər”./yenisabah
