Abşeronda İsrail vətəndaşı avtomobildə ölüb.
KONKRET.az xəbər verir ki, İsrail vətəndaşı 1952-ci il təvəllüdlü Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə birlikdə icarəyə götürdüyü avtomobillə Quba rayonundan istirahətdən qayıdan zaman avtomobildə özünü pis hiss edib.
Təcili yardım briqadasının əməkdaşların çağrılmasına baxmayaraq o, ölüb.
Faktla bağlı araşdırma aparılır.//APA
