Azərbaycanda koronavirusun müalicəsi: “Son ümid kimi bu dərmanlardan istifadə edilir”backend

Azərbaycanda koronavirusun müalicəsi: “Son ümid kimi bu dərmanlardan istifadə edilir”

Azərbaycanda da koronavirusa yoluxan xəstələrin müalicəsi üçün əsasən malyariya əleyhinə işlənən preparatlardan istifadə olunur.

KONKRET.az xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev deyib. O bildirib ki, bu preparatlar bəzən yüksək effektivliyini göstərir, ancaq onların da yan təsiri var: “Bunların tam dəqiqliklə koronavirusa təsir etdiyi tam məlum deyil. Çünki kliniki sınaqdan keçirilməyib. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tam olaraq istifadəsi müəyyən edilməyib. Bu preparatlar ancaq öz sahələri üzrə xəstəliyə qarşı sınaqdan keçirilib. Bəzi xəstələrdə müsbət nəticə əldə olunub”.

“O halda bu dərmanlardan istifadə nə dərəcə düzgündür?” sualına cavabında baş infeksionist “Həmin dərmanlardan istifadə də müəyyən müsbət nəticələr var. Amma ÜST hələlik onları tövsiyə etmir. Çünki ətraflı tədqiqat aparılmır”,- cavabını verib.

O, bildirib ki, Azərbaycanda da bəzən bu preparatlardan istifadə olunur: “ Bəzən xəstələrdə ağır gedişlər müşahidə edilir. Son ümid kimi bu dərmanlardan istifadə olunur. Ümumiyyətlə, xəstələrin sağalma şansı azdır. Əgər şans yüksək olsaydı İtaliyada, Çində yüksək tələfat, qədər ölüm halı olamzdı. Amma bir məsələ də var ki, ağır gedişlər 15-20 faizdir. Bəziləri heç xəstəliyi hiss etmir. Qısa müddətdə temperatur olur. Koronavirusun özünü belə aparması insan orqanizminin xüsusiyyətindən asılıdır. İmmun sistemi güclü olanda xəstəlik yüngül keçir”.

cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*