Azərbaycanda maaş və təqaüdlər ARTIRILACAQ? – AÇIQLAMAbackend

Azərbaycanda maaş və təqaüdlər ARTIRILACAQ? - AÇIQLAMA

“Dizel və benzinin qiymətinin artması inflyasiyanı sürətləndirəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, yaxın müddətdə maaş və təqaüdlərdə artım ola bilər:

“Dizel yanacağı kənd təsərrüfatı məhsullarının istehsalında və ərzaq məhsullarının daşınmasında, yəni logistikada ən çox istifadə olunan yanacaq növüdür. Və bunun birdən-birə 25% artması həm ərzaq məhsullarının, həm də aqrar sahədə qiymətlərin artmasına ciddi təsir göstərəcək. Bu fonda insanların son zamanlar inflyasiyadan əziyyət çəkdiyini və önümüzdə seçkilər dönəmi olduğunu nəzərə alaraq ola bilər ki, avqust ayının 1-dən bəzi maaş və təqaüdlərdə müəyyən artım olsun. Amma bu artımın həcmi insanların xərcini kompensasiya edə biləcəkmi? Əsas sual budur. Mən düşünmürəm ki, kompensasiya edə bilsin, çünki ən yaxşı halda maaşlarda və təqaüdlərdə 5-10% artım ola bilər”, – deyə, ekspert fikirlərini yekunlaşdırıb.

  • surxay
    İyul 2, 2024 - 16:41

    Azərbaycanda maaş və pensiyalar faizlə,gündəlik təlabat malları,ərzaq dəfələrlə artır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*