“TikTok”da qadını fotoları ilə şantaj edən şəxslə bağlı QƏRARbackend

“TikTok”da qadını fotoları ilə şantaj edən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Mikayıl Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, Mikayıl Dadaşov “TikTok” sosial şəbəkəsində saç ustası olan Qənirə Səlimovanın (adı, soyadı şərtidir) foto və video görüntülərini öz telefonuna yükləyib. Sonra həmin görüntülərin fonunda nalayiq ifadələr səsləndirib və təhqiramiz sözlər yazaraq, qadına göndərib. Mikayıl özünə məxsus “Momento more” adlı səhifədən qadına yazaraq, həmin görüntülərin yayılmaması qarşılığında 50 manat pul istəyib.

Bundan əlavə, o, Qənirə Səlimovaya başqa vaxt da mesaj yazaraq, intim münasibət təklif edib.

Lakin qadın bu təklifləri rədd edərək, Mikayıl Dadaşovu sosial şəbəkədə əngəlləyib. Bundan sonra Mikayıl qadın barəsində hazırladığı rüsvayedici görüntüləri “Instagram”da özünə məxsus bir neçə səhifədə yayıb.

Qənirə Səlimovanın şikayəti əsasında Mikayıl Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mikayıl Dadaşov məhkəmə ifadəsində bildirib ki, pul qazanmaq üçün insanları şantaj etmək yolunu seçib. İlk olaraq da Qənirəyə yazıb.

O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Mikayıl Dadaşov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*