Azərbaycanda saxta arayış verən həkimə CİNAYƏT İŞİ AÇILDIbackend

Azərbaycanda saxta arayış verən həkimə CİNAYƏT İŞİ AÇILDI

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçalanın Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanalardan birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*