Azərbaycanda Xəzər Müdafiə Tədqiqatları Mərkəzi (Caspian Defense Research Center) yaradılıb.
Mərkəzin sədri, hərbi-siyasi icmalçı Ramil Məmmədlidir.
R.Məmmədli Demokrat.az-a bildirib ki, bu sahədə fəaliyyət istiqamətinin genişlənməsi və təşkilatlanması zərurətə çevrilib. Bu məqsədlə də Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin yaradılmasına dair qərar verilib.
Onun sözlərinə görə, Mərkəz dünyada hərbi-siyasi vəziyyətə, hərbi-iqtisadi potensiala dair hesabatların hazırlanmasını, o cümlədən dünya müdafiə-sənaye sektorundakı yeniliklərin araşdırılmasını qarşısına məqsəd qoyub.
Məlumat üçün bildirək ki, Mərkəzin sədri Ramil Məmmədli uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat orqanlarında çalışıb.
Jurnalist kimi hərbi və hərbi-siyasi mövzuda ixtisaslaşıb. Fəaliyyətinin əsas hissəsi hərbi-siyasi icmalın aparılmasıdır.
Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Ehtiyatda olan zabitdir.
