“İsrael defense”: Azərbaycanın İsraillə möhkəm əlaqələri və dostluğu İranı QICIQLANDIRIRbackend

"İsrael defense": Azərbaycanın İsraillə möhkəm əlaqələri və dostluğu İranı QICIQLANDIRIR

İsraildə Azərbaycan Prezidentini səbrsizliklə gözləyirlər.

KONKRET.az xəbər verir ki, İsrailin “İsrael defense” qəzeti Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri, Azərbaycan Yazıçılar Assosiasiyasının İsrail bölməsinin sədri, politoloq Roman Qureviçin müsahibəsini dərc edib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

“İsraillə Azərbaycan arasındakı münasibətlər təkcə silah və neftə deyil, çoxillik ortaq tarixə əsaslanır. Ölkələr arasındakı münasibətlər Azərbaycanla 800 km sərhədi olan İranı qıcıqlandırır.

Azərbaycan müsəlman ölkəsidir, İranda Azərbaycandan daha çox azərbaycanlı yaşayır.

Yəhudilərlə azərbaycanlıların yüz illəri əhatə edən ortaq tarixi var. Azərbaycanda 40 minə yaxın yəhudi icması var. Azərbaycanda Aşkenazi Dağ yəhudiləri və gürcü yəhudi icması var.

Azərbaycanlılarla yəhudilər arasında həmişə isti münasibətlər olub. 2020-ci ildə ikinci Qarabağ müharibəsində Azərbaycan öz ərazisini erməni işğalından azad edəndə beynəlxalq hüquqa görə Azərbaycan Ordusunda onlarla yəhudi döyüşüb və yəhudi icması azərbaycanlıların qələbəsi üçün dua edib.

Birinci Qarabağ müharibəsində həlak olan yəhudi əsilli azərbaycanlı əsgər Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Türkiyə ilə münasibətlərin istiləşməsi Qüdslə Bakının yaxın münasibətlərinin göstəricisidir.

Açıq nəşrlərin yazdığına görə, İsrail müdafiə nazirinin Türkiyəyə səfərindən bir neçə həftə əvvəl Bakıya səfəri olub. Davamı məlumdur. Benni Qants Türkiyəyə səfər edib və tərəflər arasında təhlükəsizlik müqavilələri imzalanıb.

Qüdslə Bakının yaxşı əlaqələri İranı narahat edir və bu yaxınlarda Bakı ilə Tehranın münasibətlərinə xələl gətirmiş kimi görünür. Sərhəd yaxınlığında İran hərbi təlimi ilə gərginlik son həddə çatıb.

Bakı İran və Rusiyanın da daxil olduğu mürəkkəb mərhələdədir.

İranlılar erməniləri dəstəkləyir. İran narkotik ticarətindən gəlir götürür və Qarabağda Ermənistanın işğal etdiyi ərazidə böyük narkotik yataqlarının olduğu bildirilir. Ermənistanın 30 il əvvəl işğal etdiyi Azərbaycan ərazisi Qarabağda da qızıl var. Cəmi iki il bundan əvvəl azərbaycanlılar torpaqlarını azad etdilər.

Bu yaxınlarda Azərbaycanda iranlılar sərhəddə manevrlər edib. Nə üçün İranın Azərbaycana qarşı manevr etməsi lazımdır? Ermənilər Qarabağda məscidləri dağıdanda, orada azərbaycanlı uşaqları qətlə yetirəndə iranlılar harada idilər?

Azərbaycanın İsraillə möhkəm əlaqələrin və dostluğun olması İranı narahat edir. Optimist ssenaridə, bəlkə də Bakı Qüdslə Tehran arasında vasitəçilik edə bilər.

Həmçinin Azərbaycanın İsraildə niyə səfirliyi hələ də yoxdur sualına – cavab İrandır.

Bakıda İranı çox da qıcıqlandırmaq istəmirdilər. İndi onlar irəliləyiş olduğunu deyirlər, çünki azərbaycanlılar İsraildə səfirlik açmağa və İsraillə dostluğun əvəzini ödəməyə hazırdırlar.

İranın sərhəddəki manevrləri qərarı sürətləndirdi. Tezliklə Azərbaycanın İsraildə səfirliyini açmaq niyyətinin olduğu barədə məlumatlar var. İsraildəki mənbələr bildirirlər ki, Azərbaycan Prezidentinin İsrailə səfəri gözlənilir və onlar bunu səbirsizliklə görmək istəyirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*