Azərbaycanın İsveçdəki səfiri sığınacaq istəyib?backend

Azərbaycanın İsveçdəki səfiri sığınacaq istəyib?

Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadənin siyasi sığınacaq istəməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

KONKRET.az-ın xəbərinə görə, G.Rüstəmzadə bu informasiyanı təxribat adlandırıb: “Bu təxribatdır. Mən hazırda öz iş yerimdəyəm. Başa düşmrəm kim və nə üçün  belə dezinformasiyanı yayır?” – deyə o bildirib.

XİN-dən də bu məlumat təkzib olunub və informasiya diversiyası adlandırılıb.

Qeyd edək ki, bir neçə saat əvvəl sosial şəbəkədə Azərbaycan diplomatının sığınacaq üçün müraciət etdiyi barədə məlumat yayılıb.

haqqın.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*