“Azərbaycan sərhədçisinin heç vaxt erməni vətəndaşın Qarabağa girişinə nəzarət etmək hüququ olmamalıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Vahid Ermənistan” Partiyasının təsisçisi-sədri Yervand Tarverdyan yazıb. O, Münhen görüşlərini şərh edib.”
Təxminən iki ay yarımdır ki, Qarabağ xalqı “blokada” şəraitində yaşayır. Xalq rəsmi İrəvanla birləşərək Qarabağın girişində Gorus-Xankəndi magistralında Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması tələbini qətiyyətlə rədd etməlidir.
Azərbaycan sərhədçisinin heç vaxt erməni vətəndaşların Qarabağa girişinə nəzarət etmək hüququ olmamalıdır.
Eyni zamanda, Əliyevin Ermənistan-Azərbaycan münasibətlərinin və Qarabağ məsələsinin tənzimlənməsinin müxtəlif səviyyələrdə olduğu iddialarını çox təhlükəli hesab edirəm.
Biz bu günlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinəyik. Hətta Qarrabağın “status”u, orada yaşayan ermənilərə zəmanətlərin verilməsi nəzərdə tutulsa da, onların təhlükəsizliyi ilə bağlı müddəalar olmadan müqavilə imzalana bilməz.
Ermənistan-Azərbaycan dialoqu sadəcə olaraq Qarabağ məsələsinin müzakirəsi olmadan baş tuta bilməz. Üstəlik, bu sazişi “Minsk qrupu”nun həmsədr ölkələri ilə birlikdə üçtərəfli qaydada bağlamaq düzgün olardı.
Nəhayət, Əliyev Qarabağda Azərbaycan abidələrinin və məscidlərinin dağıdılması ilə bağlı erməni tərəfini ittiham edib.
Xatırlamaq lazımdır ki, Avropa Parlamenti xüsusi qətnaməsində Qarabağın “işğal olunmu”ş ərazilərində xristian mədəni irsinin dağıdılmasından tam əksini qeyd edib. Dövlətimizin düşmən tərəfindən Qarabağın mədəni “soyqırım”ı ilə bağlı danılmaz şikayətləri var ki, bu da hər fürsətdə təqdim edilməli, dərc edilməli və bütün həqiqəti üzə çıxarmalıdır”, – deyə Tarverdyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az