Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəldibackend

Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində finala yüksəlib.

KONKRET.az-ın məlumatına görə, 97 kiloqramda çıxış edən idmançı yarımfinalda almaniyalı Erik Tileyə 7:1 hesabı ilə qalib gəlib. O, finalda ABŞ-dən olan Olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşacaq.

86 kiloqram çəki dərəcəsində yer alan Abubakr Abakarov isə israilli Yuri Kalaşnikovu 8:0 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Osman Göçenə uduzub – 3:6.

Rəqibi finala çıxa bilmədiyindən Azərbaycan təmsilçisi yarışı medalsız başa vurub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*