Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya qədər endirildibackend

Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya qədər endirildi

Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

KONKRET.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov “X” sosial şəbəkəsində yazıb.

“Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin”, – paylaşımda qeyd olunub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*