Hadisələr bir mərkəzdən idarə olunur – Azərbaycan xarici müdaxilənin qarşısını almağa qadirdirbackend

Hadisələr bir mərkəzdən idarə olunur - Azərbaycan xarici müdaxilənin qarşısını almağa qadirdir

Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi şərait, xüsusilə də İran kimi şəxsi məsələlərə belə müdaxilə etməyə hazır olan qonşunun mövcudluğu ölkənin daxili təhlükəsizliyi və ictimai sabitliyin qorunması məsələsini gündəmə gətirir. İranın regiondakı siyasi maraqları, Azərbaycanla münasibətlərdə zaman-zaman ortaya çıxan fikir ayrılıqları və Tehranın Cənubi Qafqazdakı proseslərə təsir imkanları məsələnin geosiyasi tərəflərini ön plana çıxarır.

Vahid məktəbli geyiminin tətbiqi fonunda məktəblərə hücumlar, şüşələrin sındırılması, yolların bağlanması və mitinqlərə çağırışlar daxili təhlükəsizlik baxımından ciddi suallar doğurur. Xüsusilə İran amili kontekstində bu cür fəaliyyətlərin mümkün xarici təsirlərlə əlaqəsi, ictimai narazılıq yaratmaq və sabitliyə təsir göstərmək cəhdləri diqqət mərkəzindədir. Bu baxımdan əsas məsələ mümkün xarici müdaxilə mexanizmlərinin müəyyənləşdirilməsi, təhlükə və təhdidlərin vaxtında aşkarlanması və Azərbaycanın milli maraqlarının qorunmasıdır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran uzun müddətdir Azərbaycana və azərbaycanlılara qarşı müxtəlif vasitələrlə təxribatlar törətməyə çalışır:

Paşinyan güclənir, Putin isə… - Simonyandan Rusiyaya siyasi mesaj | KONKRET

“Xüsusilə, öz təbliğatını yaymaq üçün müəyyən dini və ideoloji amillərdən yararlanır. İranın təbliğat siyasətində dini amillərdən istifadə xüsusi yer tutur. Bu çərçivədə Azərbaycan cəmiyyətinə təsir göstərmək və müəyyən fikirləri yaymaq məqsədilə müxtəlif vasitələrdən istifadə olunur. İranın Azərbaycana qarşı planları və niyyətləri ölkəmizin müstəqil siyasətinə təsir göstərməyə yönəlsə də, Azərbaycan öz milli maraqlarını qorumaq əzmindədir. Azərbaycan suveren dövlətdir və heç bir xarici qüvvənin daxili işlərinə müdaxiləsini qəbul etmir. Təbii ki, Azərbaycan xalqı və dövləti bu cür cəhdlərin qarşısını almağa çalışır. Cəmiyyətin milli maraqlara və dövlətçilik prinsiplərinə bağlılığı bu baxımdan mühüm əhəmiyyət daşıyır.”

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*