Azərbaycanlı həkim koronavirusa yoluxdu – FOTObackend

Azərbaycanlı həkim koronavirusa yoluxdu - FOTO

Tanınmış professor, “Urologiya Mərkəzi” klinikasının sahibi, akademik Kamal Abdullayev koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a səhiyyə üzrə məlumatlı mənbədən məlumat daxil olub.

Etibarlı mənbə qeyd edir ki, 80 yaşlı akademik hazırdda virusa qalib gəlmək üçün öz müalicəsini davam etdirir.

Qeyd edək ki, Kamal Abdullayev uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olub. Professor Kamal Abdullayev Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə  Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən “Əməkdar Həkim” adı verilib.

Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyanın və  200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olub.

  • Mamedova G.C.
    İyun 14, 2020 - 14:12

    Bir-birindən savadsız jurnalistləri haradan tapıb işə götürürsünüz, çox maraqlıdır. Bu xəbəri yazan hər kimdirsə, əvvəlcə “akademik” sözünün mənasını öyrənsin, ondan sonra əlinə qələm almağa cəhd göstərsin. “Akademik” ən ali elmi rütbədir. Daha sonra, zəhmət çəkin Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi internet səhifəsində ([email protected]) veril’n AMEA-nın həqiqi üzvlərinin, yəniu akademiklərinin siyahısına diqqətlə baxın. Orada bu xəbərdə adını göstərdiyiniz insanın adı qəti şəkildə yoxdur. Xəbəri yazan yüksək “ali savad”a malik dırnaqarası jurnalist, akademik Kamal Abdullayev tamamilə başqa adamdır. Akademik Kamal Mehdi oğlu Abdullayevdir – Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru. Ümid edək ki, sensasion xəbər əvəzinə, şər-böhtan yazdığın üçün qanun qarşısında cavab verməli olacağını dərk edə bilirsən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*