Azərbaycanlı gənc ad günündə dostu ilə birgə öldübackend

Azərbaycanlı gənc ad günündə dostu ilə birgə öldü

İki azərbaycanlı gənc Rusiyada ölüb.

KONKRET.az xəbər verir ki, hadisə ölkənin Tver vilayətində baş verib.

Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.

Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*