“Hakim komanda üçün Ermənistanın sərhədi hökumət rəhbərlərinin villalarından və ofislərindən ibarətdir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan deyib: “Ermənistan parlamentinin binası ölkənin sərhədlərindən daha yaxşı qorunur. Azərbaycanlı hərbçinin 2 gündür Ermənistan ərazisində sakitcə gəzdiyi bir şəraitdə ölkənin təhlükəsizliyindən necə danışmaq olar? Əminəm ki, azərbaycanlı hərbçi efirə çıxıb, “Nikol satqındır” desəydi, onu bir neçə saniyə ərzində tapardılar”, – deyə Mamicanyan fikirlərini tamamlayıb.
Xatırladaq ki, dünən Azərbaycan hərbçisi Hüseyn Axundov ermənilər tərəfindən əsir götürülüb. Ona qarşı şiddət göstərilməsi və döyülməsi haqda videomateriallar erməni mediasında yer alıb. Buna baxmayaraq hələ heç bir beynəlxalq təşkilat ermənilərin bu vəhşiliyinə reaksiya sərgiləməyib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
