Xaçmazda 47 yaşlı kişiyə saxladığı it hücum edib. Konkret.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Xaçmaz şəhərində baş verib. Ev yiyəsi uzun illər bəsləyib saxladığı itə yemək verərkən it qəfldən sahibinin üstünə atılıb. İtin ərinə hücum etdiyini görən həyat yoldaşı özünü itin üstünə atıb, onu boğaraq öldürüb. Zərərçəkən 1972-ci il təvəllüdlü Abdulrəhmanov Ramiz Ziyafəddin oğlu dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kafi olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Cəlal Fərzəliyev
Redaksiyadan: Əməkdaşımızın fədakar xanımla müsahibəsi yaxın saatlarda saytımızda…
