“9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik”.
KONKRET.az xəbər verir ki, separatçıların lideri Arayik Arutyunyan Laçın və Zabuxla bağlı bir sıra açıqlamalar verib.
“Qarabağı Ermənistanla birləşdirən yeni marşruta gəlincə, biz Laçından yan keçməliyik. Burada açmaq istəmədiyim sirlər var. Niyə biz bu seçimi etdik? Gələcək təhlükəsizliyimizə əsaslanır. Zabuxdan ermənilərin deportasiyası məsələsi müzakirə olunmayıb. Lakin 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində yazılıb ki, biz Laçın şəhərini tərk etməliyik. Zabux ilə bağlı danışıqları davam etdiririk”, – separatçıbaşı bildirib.
Daha sonra o, özünün və ətrafının Azərbaycan tərəfindən nəzarətdə olduğunu bildirərək gileylənib.
“Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələri pis ola bilər. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb parlamentə nə vaxt gəldiyimi bilirlər”, – deyə separatçı tör-töküntüsünün rəhbəri təəssüflənib.
Xuraman Etibarlı,
KONKRET.az
