“Azərsu-tikinti” xəstəxanasının bağlanacağı ilə bağlı xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, bu haqda sözügedən dövlət xəstəxanasının işçiləri məlumat veriblər.
Təhsil müəssisəsinin əməkdaşları xəstəxananın bağlanmasına etiraz etdiklərini, pandemiya dövründə səhiyyə müəssisəsinin bağlanmasının düzgün olmadığını bildiriblər.
Tibb işçiləri Nizami rayonu ərazisində fəaliyyət göstərən yeganə dövlət xəstəxanasının bağlanmaması üçün ölkə başçısına müraciət ünvanlayıblar və səslərinə-səs verməsini xahiş ediblər.
Qeyd edək ki, adıçəkilən xəstəxananın nə vaxt və hansı səbəbdən bağlanacağı ilə bağlı məlumat yoxdur.
Xəstəxana əməkdaşlarının müraciətini əks etdirən görüntüləri təqdim edirik:
Müşviq Tofiqoğlu
KONKRET.az
