Oğuzda ağır qəza: ölən varbackend

Oğuzda ağır qəza: ölən var

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mersedes” və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*