Vnukovo hava limanında konveyer lenti sıradan çıxıb. Bu isə sərnişinlərə ciddi problemlər yaradıb.
KONKRET.az xəbər verir ki, Türkiyəyə uçan sərnişinlərin çamadanları hələ də Moskvadadır. Türkiyə aviaşirkətlərinin sərnişinləri əşyalarının gəlmədiyini yalnız Alanyaya çatdıqdan sonra, baqajı təxminən 40 dəqiqə gözlədikdən sonra öyrəniblər.
Sərnişinlərdən biri olan Andrey bildirib ki, o, həmin nasazlıq səbəbindən gecikən reyslə dünən axşam Türkiyəyə gəlib. Lakin hələ də əşyalarını nə vaxt alacağını bilmir. Aviaşirkət nümayəndələri sərnişinlərə çamadanların hələ də Moskvada qaldığını bildiriblər.
Baqajın itməsi ilə bağlı ərizə vermək üçün insanlar təxminən 1,5 saat növbədə gözləməli olublar.
Vnukovo hava limanı da təsdiqləyib ki, dünən baş vermiş texniki nasazlıq xidmət prosesinə təsir göstərib və nəticədə bəzi çamadanları təyyarələrə vaxtında yükləmək mümkün olmayıb. Bununla belə, hava limanının məlumatına görə, hazırda baqaj problemi səbəbindən reyslərdə gecikmə yoxdur.
Ağagül Mürsəlov,
KONKRET.az
