Azərsun Holdinq-də kadr dəyişikliyi oldubackend

Azərsun Holdinq-də kadr dəyişikliyi oldu

“Azərsun Holdinq” MMC-yə məxsus “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin direktoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

KONKRET az NOCOMMENT-ə istinadən xəbər verir ki, şirkətə rəhbərlik Nəbi Paşayevə həvalə olunub. O, bundan əvvəl holdinqə məxsus “Padarçöl Aqropark”a rəhbərlik edib.

Xatırladaq ki, “Kürdəmir Süd Emalı Zavodu” 2010-cu ildə yaradılıb, ölkənin aparıcı süd və süd məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*