CBC telekanalına yeni texniki direktor təyinatı olub.
KONKRET.az telekanaldakı mənbələrə istinadən xəbər verir ki, uzun illər AzTV-nin texniki direktoru işləmiş Arzu Abdullayev bu kanala vəzifəyə gətirilib.
Arzu Abdullayev saytımızın əməkdaşı ilə söhbətində xəbəri təsdiq edib. Artıq o, kollektivə təqdim edildiyini bildirib.
KONKRET.az-ın kollektivi olaraq Arzu müəllimi bu münasibətlə təbrik edirik.