Bacısını boğmaq istəyən futbolçu həbs edildibackend

Bacısını boğmaq istəyən futbolçu həbs edildi

Əlcəzair millisinin 31 yaşlı sabiq futbolçusu İshak Belfodil Paris yaxınlığındakı Elankur şəhərində Fransa polisi tərəfindən həbs edilib.

KONKRET.az xəbər verir ki, həbsə səbəb futbolçunun 5 yaşlı bacısına qarşı zorakılığıdır. Fransa mətbuatının yazdığına görə, Belfodil onu boğmağa çalışıb.

Belfodil 2022-ci ilin yayından Qətərin “Əl-Qarafa” klubunda çıxış edir. Hücumçu “İnter”, “Parma”, “Bolonya”, “Livorno”, “Standard”, “Verder”, “Hoffenhaym” və “Herta” kimi klublarda da oynayıb. O, “Lion”un yetirməsidir. Əlcəzair millisində 17 oyun keçirib və 2 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*