Bakı beynəlxalq siyasətin mərkəzinə çevrilir: 2028-ci il nə vəd edir?backend

Bakı beynəlxalq siyasətin mərkəzinə çevrilir: 2028-ci il nə vəd edir?

Dublindən Bakıya uzanan diplomatik proseslər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və xarici siyasət prioritetlərinin daha geniş coğrafiyada tanınması baxımından diqqət çəkir. 2028-ci ildə sammitin Bakıda keçirilməsi perspektivi ölkəmizin beynəlxalq siyasi dialoqda iştirakının yeni mərhələyə qədəm qoyması, müxtəlif dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və qlobal gündəlikdə daha fəal mövqe tutması üçün mühüm fürsət kimi qiymətləndirilir. Azərbaycanın son illərdə müxtəlif geosiyasi güclər arasında balanslı münasibətlər qurmaq, regional sabitliyə töhfə vermək və çoxtərəfli diplomatiyanı inkişaf etdirmək istiqamətində atdığı addımlar bu prosesi daha da əhəmiyyətli edir.

Bəs 2028-ci il sammiti ölkəmizin beynəlxalq münasibətlər sistemində daha nüfuzlu siyasi aktora çevrilməsinə hansı töhfələri verə bilər?

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında bildirib ki, Dublindən Bakıya uzanan diplomatik prosesləri Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmək üçün ciddi əsaslar mövcuddur.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı kimi çıxış etmir, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasında fəal rol oynamağa çalışan siyasi aktor kimi mövqeyini gücləndirir.

Ölkəmizin müxtəlif geosiyasi maraqların kəsişdiyi məkanda yerləşməsinə baxmayaraq, müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artıran əsas amillərdəndir. Azərbaycanın fərqli siyasi mövqelərə malik dövlətlərlə konstruktiv münasibətlər qurması, dialoq imkanlarını genişləndirməsi və çoxtərəfli diplomatiyanın inkişafına töhfə verməsi onun etibarlı tərəfdaş kimi qəbul olunmasına müsbət təsir göstərir”.

Züriyyə Qarayevanın fikrincə, 2028-ci ildə sammitin Bakıda keçirilməsi perspektivi yalnız diplomatik nailiyyət kimi deyil, həm də Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan rolunun göstəricisi kimi dəyərləndirilməlidir. Belə bir tədbir ölkəmizin qlobal siyasi müzakirələrdə iştirak imkanlarını genişləndirməklə yanaşı, Bakının beynəlxalq dialoq məkanlarından birinə çevrilməsi istiqamətində də mühüm addım ola bilər.

Politoloq 2028-ci il sammitinin Azərbaycan üçün bir sıra strateji perspektivlər vəd etdiyini vurğulayıb. Bildirib ki, ilk növbədə, bu tədbir Bakının beynəlxalq siyasi dialoqun mühüm mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirməsinə imkan yarada bilər.

“Azərbaycanın beynəlxalq nüfuzu yalnız enerji və nəqliyyat layihələri ilə məhdudlaşmamalıdır. Ölkəmiz təhlükəsizlik, regional əməkdaşlıq, siyasi sabitlik və beynəlxalq münasibətlərin gələcəyi ilə bağlı müzakirələrdə də fəal iştirak etmək potensialına malikdir. Bu baxımdan yüksək səviyyəli sammitin Bakıda təşkili Azərbaycanın diplomatik imkanlarının daha geniş auditoriyaya təqdim olunması üçün əlverişli şərait yarada bilər.

Belə tədbirlər dövlətlər arasında siyasi təmasların intensivləşməsi, yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha effektiv şəkildə müdafiə olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Politoloq hesab edir ki, burada əsas məsələ Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməklə kifayətlənməməsi, eyni zamanda həmin platformalarda müzakirə olunan siyasi proseslərə təsir imkanlarını genişləndirməsidir.

“Azərbaycan artıq beynəlxalq tədbirlərə sadəcə ev sahibliyi edən ölkə statusundan daha geniş siyasi rol oynamağa doğru irəliləyir. 2028-ci il sammiti də bu potensialın konkret diplomatik nəticələrə çevrilməsi üçün mühüm fürsət ola bilər”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*