KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, İT sektorundan tutmuş tikinti və iaşə sahəsinə qədər müxtəlif istiqamətlər üzrə elan edilən bu təkliflər yüksək əməkhaqqı və əlverişli iş şərtləri ilə diqqət çəkir:
“Nanta Ai” şirkəti 5 ildən yüksək təcrübəyə malik motion dizayner axtarır və bu tam-ştat iş yeri üçün 3500-5000 AZN məbləğində maaş təklif edir.
Bununla yanaşı, “Your Line Game Studio” mobil oyun sahəsində populyar olan hiper-kejal və hibrid-kejal istiqamətləri üzrə 3 ildən 5 ilə qədər təcrübəsi olan “senior Unity developer” vəzifəsinə müraciətləri qəbul edir. Təhsil tələbinin vacib olmadığı bu vakansiya üzrə maaş 2000-2500 AZN təşkil edir.
“Saloğlu Holding” MMC isə 18-50 yaş aralığında, bakalavr təhsilli və 3-5 il təcrübəli energetika mühəndisini 1500-2000 AZN maaşla işə dəvət edir.
Tikinti və iaşə sektorunda da yüksək maaşlı yerlər mövcuddur. Babək prospektində yerləşən “Novas Group” 5 ildən artıq təcrübəsi və bakalavr təhsili olan, 6 günlük qrafiklə çalışacaq tikinti üzrə iş icraçısına 1800-2500 AZN arası maaş və bonuslar təklif edir.
Bakının 8-ci kilometr qəsəbəsində fəaliyyət göstərən “ISUR MMC” isə təhsil tələb olunmayan, 5 ildən çox təcrübəyə malik şef-aşpaz vəzifəsi üçün 2500 AZN maaş və bonuslar elan edib.


