“Bakı evi” restoranında KÜTLƏVİ DAVA  – Bir erməni öldü, 2-si yaralandı – FOTObackend

"Bakı evi" restoranında KÜTLƏVİ DAVA - Bir erməni öldü, 2-si yaralandı - FOTO

“Bakı evi” ( Bakinski Domik) restoranında kütləvi dava olub.

KONKRET.az xəbər verir ki, Moskvanın “Bakinski Domik” restoranında dava düşüb, nəticədə Ermənistan vətəndaşları bıçaqlanıb.

“Moskovski Komsomolets”in məlumatına görə, hadisə bazar günü gecə Rusakovskaya küçəsində baş verib. Gecə saat 03:30 radələrində “Baku House” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib.

Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olan üç Ermənistan vətəndaşı ağır yaralanıb. Onlardan biri ertəsi gün xəstəxanada dünyasını dəyişib, ikincisi mədə yarası ilə xəstəxanaya yerləşdirilib. Üçüncü yaralı da döş qəfəsi yarası ilə xəstəxanaya aparılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Qafqaz əsilli, 25-30 yaşlarında olan kişi axtarışa verilib. Münaqişənin səbəbləri araşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*