Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədirbackend

Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir

Azərbaycanın paytaxtı Bakıdan Ermənistanın İrəvan şəhərinə təyyarə reysləri açılır.

KONKRET.az yenisabahaz-a istinadən xəbər verir ki, artıq uçuşların biletləri satışa çıxarılıb.

Məlumata görə, “Aviasales” aviabilet axtarış sistemi Bakı-İrəvan reysi üzrə biletlərin satışına başlayıb. Sözügedən səfərlər üzrə təklif olunan biletlər sistemin saytına yerləşdirilib.

Bakıdan İrəvana ilk reyslər may ayının 14-dən etibarən başlayacaq. Reysləri Macarıstanın “Wizz Air”, Türkiyənin “Turkish Airlines” və Moldovanın “FlyOne” aviaşirkətləri həyata keçirəcək.

Məsələ ilə bağlı “Aviasales”dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, İrəvana səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə məhdudiyyətlər və qaydalar tətbiq olunması istisna deyil:

“Bakı-İrəvan reysləri ilə bağlı bildiririk ki, yalnız biletin alınması kifayət etmir, səfər üçün mütləq etibarlı pasport tələb olunur. Viza məsələsi və digər giriş qaydaları vətəndaşlıqdan asılı olaraq dəyişə bilər. Xüsusilə bu istiqamət üzrə əlavə məhdudiyyətlər və qaydalar tətbiq oluna bilər, buna görə səfərdən öncə rəsmi qurumlardan məlumatın dəqiqləşdirilməsi tövsiyə olunur.

Gediş və dönüş biletlərinin alınması mümkündür. Səfər zamanı və qayıdışda sərhəd nəzarəti həyata keçirilir və pasportun təqdim olunması mütləqdir. Həmçinin əlavə yoxlanışların aparılması ehtimalı mövcuddur”.

Qeyd edək ki, Bakı-İrəvan reysi üzrə ən ucuz biletin qiyməti 216 (“Wizz Air”) , ən bahalı biletin qiyməti isə 595 manat (“Turkish Airlines”) təşkil edir.

  • ilqar
    Aprel 2, 2026 - 08:13

    SSRI zamaninda Ermənistanin böyük şəhərlərində tək ermənilərin əlinə düşsəydin qanin getmişdi. Belə təsəvvür et ,gecə küçədə tək gedirsən və sənə bir sürü quduz it hücum çəkir.
    Mən qərbi Azərbaycandanam. Bu hadisələri oradan olan hər kəs yaşayıb. Onlar ən azi yüzdə əlli xəstə toplumdu.
    İndi ora gedən azərbaycanlıya salamat əayidacaq deyə kim qaranti verəcək?

    • Tural
      Aprel 2, 2026 - 20:17

      Narahat olma ora Azerbaycanli gedib gelmeyecek

  • Orxan
    Aprel 2, 2026 - 09:03

    Bir sözlə erməniyə açıq qapı.

    • Yasar
      Aprel 2, 2026 - 19:00

      30.000 erməni gəlinin uşaqlari evlənmək üçün gələcək. Millət dayını artırmaq lazımdır.

  • Afil
    Aprel 2, 2026 - 21:40

    595 m. Bilet? Ucuz deyil? Hmmm.

Afil üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*