Bakı ittifaq yaradır: Erməni ordusunu dağıdan silah Pakistana verildi – KİVbackend

Bakı ittifaq yaradır: Erməni ordusunu dağıdan silah Pakistana verildi – KİV

“Türkiyə Pakistana “Sindur” əməliyyatı zamanı kömək edib”.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Eurasiantimes” məlumat yayıb.

“Məlum olduğu kimi, Hindistana 6 ədəd “AH-64E Apache” helikopterinin keçidi mümkün olmadı. Türkiyə buna icazə verməyib. Helikopterlərin olduğu yük təyyarəsi qəfil geri dönüb”, – Məlumatda qeyd edilib.

Bildirilib ki, Çindən sonra Türkiyə Pakistana silah tədarükündə ikinci yerdədir:

“Son tədarüklər arasında “Bayraktar TB2” pilotsuz uçan aparatları və “Kemankeş” qanadlı raketlər var. Türkiyə Pakistanı tank əleyhinə silahlarla da təmin edir. 2000-ci ildən bəri 1500-dən çox Pakistan zabiti Türkiyədə hazırlıq keçib.

Türkiyə Pakistana F-16 qırıcılarının modernləşdirilməsində yardım göstərib, mühərriklər və ehtiyat hissələri istehsal edib. Həmçinin Pakistan Hərbi Hava Qüvvələrinin zabitlərini modernləşdirilmiş F-16-ların idarə edilməsində hazırlayıb”.

Nəşrin yazdığına görə, Türkiyə, Pakistan və Azərbaycan arasında müdafiə əlaqələrini gücləndirmək məqsədilə üçtərəfli hərbi ittifaqın formalaşması əlamətləri mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*