Bakı metrosunun “28 May” stansiyasından üzü “Həzi Aslanov” stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb.
KONKRET.az-ın məlumatına görə, yaranan vəziyyətlə əlaqədar xətlərdə yubanma var.
Bildirilir ki, qatar həmin şəxsin üstündən keçib, lakin onun vəziyyəti hazırda məlum deyil.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək. (Oxu.az)