Bakıda yeniyetmə qız itkin düşüb.
KONKRET.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.
Bu barədə onun anası A.Şahverdiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı adıçəkilən bölmədə araşdırma aparılır.//Lent.az
